Yuxarı

JEK-lərlə bağlı qərar: Kommunal ödənişlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
JEK-lərlə bağlı qərar: Kommunal ödənişlər...

Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki MİS-lərin (JEK) bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq.

Axar.az xəbər verir ki, məsələni Nocomment.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov bu addımın inzibati səmərəliliyi artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini də yüksəldəcəyini hesab edir:

“MİS-lərin vahid MMC-lərə birləşdirilməsi xidmətlərin standartlaşdırılmasını təmin edəcək, resursların idarə olunması daha şəffaf olacaq. Lakin hüquqi çərçivə aydın şəkildə müəyyən edilməlidir ki, vətəndaş və xidmət təminatçısı arasında mümkün mübahisələr minimuma endirilsin”.

Hüquqşünasın sözlərinə görə, vahid MMC-lərin yaradılması kommunal ödənişlərə təsir göstərə bilər:

“Əgər vahid MMC real səmərəliliyi təmin edə bilsə, artım məcburi olmayacaq. Lakin strukturlaşma xərcləri və texniki modernləşdirmə səbəbindən ilkin mərhələdə müəyyən dəyişikliklər gözlənilə bilər”.

N.Ələsgərov qeyd edib ki, yeni MMC-dən vətəndaşlar xidmətlərin keyfiyyətinin yüksəlməsini, şəffaf ödəniş və resurs istifadəsini, standartlaşdırılmış tarifləri və hüquqi qorunmanı gözləyə bilərlər:

“Ümumilikdə, vahid MMC-lərin yaradılması Azərbaycan mənzil-kommunal təsərrüfatında modernləşməyə doğru ciddi addımdır. Düşünürəm ki, MİS-lər tamamilə ləğv olunmayacaq, lakin vahid idarəetmə sistemi altında fəaliyyət göstərəcəklər. Bundan başqa, kommunal ödənişlərin dəyişməsi mümkündür, lakin şəffaflıq prinsipləri və vətəndaş hüquqlarının qorunması əsas prioritet olaraq qalacaq. Bu təşəbbüs həm də uzunmüddətli perspektivdə xidmətin səmərəliliyini artırmaq, regionlarda yaşayış standartlarını yüksəltmək və vətəndaş məmnuniyyətini təmin etmək məqsədini güdür”.

Tarix
2025.12.24 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla