Yuxarı

Eldəniz Quliyev də Əli Əliyevi məhkəməyə verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldəniz Quliyev də Əli Əliyevi məhkəməyə verəcək

El hərəkatının rəhbəri Eldəniz Quliyev də öz növbəsində VİP sədrini məhkəməyə verəcək.

Bu barədə "Axar.az"a El rəhbəri özü məlumat verdi. O bildirdi ki, Əli Əliyevlə aralarındakı söz davası zamanı VİP sədri tərəfindən onların da ünvanına yetərincə ağır ifadələr səslənib:

"Əgər onun ünvanına səsləndirdiyimiz fikirlərə görə məhkəməyə müraciət edirlərsə, deməli, biz bu müraciəti çoxdan etməli idik. Çünki Əli Əliyev mənə qarşı daha ağır ifadələr işlədib. Əgər indiyə qədər məhkəməyə müraciət etməmişiksə, bu, ona görədir ki, biz məsələləri məhkəmə ilə həll etmək istəmirik. Ona görə yox ki, məsələni hüquqi müstəvidə həll etməyin tərəfdarı deyilik. Ona görə ki, Azərbaycandakı məhkəmə sisteminə inanmırıq. Onlar sifrişlə yaradılmış partiyadır və məhkəmədən heç bir ədalətli qərar gözləmirik.

Xatırladaq ki, VİP sədri Əli Əliyev Eldəniz Quliyevi məhkəməyə verəcəyini açıqlayıb. Ə.Əliyev bu barədə danışarkən "Axar.az"a bildirdi ki, Eldəniz Quliyevi məhkəməyə verəcəyimizlə bağlı məlumatı mediaya bir neçə gündür ki, açıqlamışıq. Ancaq məhkəməyə rəsmi qayda müraciəti bu gün edəcəyik.

Ə.Əliyev əlavə edib ki, bir neçə saat sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək:

"Məhkəməyə bu gün yazılı qaydada müraciət edəcəyik. Bir neçə saat sonra partiyanın adından bununla bağlı mediaya bəyanat veriləcək".

Tarix
2014.02.17 / 13:51
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla