Yuxarı

Samirə Bayramova İrəvan limanında niyə qalıb? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samirə Bayramova İrəvan limanında niyə qalıb? – Açıqlama

Gürcüstan vətəndaşı olan azərbaycanlı fəal Samirə Bayramovanın 26 noyabrda İrəvan limanından şəhərə buraxılmaması ilə bağlı iradına yalnız bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətindən cavab gəlib.

Axar.az xəbər verir ki, MTX “Sputnik”in sorğusuna cavab olaraq Samirə Bayramovanın Varşava-Tiflis reysi ilə uçan təyyarənin Zvartnots hava limanına məcburi enişindən sonra Ermənistan sərhədçiləri ilə hər hansı əlaqə saxlamadığını bildirib.

“Samirə Bayramova Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına heç bir sualla müraciət etməyib və sərhəd nəzarəti məntəqələrinə yaxınlaşmayıb”, - deyə Ermənistan MTX vurğulayb.

Qeyd edək ki, 26 noyabrda Varşava-Tiflis reysi ilə uçan təyyarə əlverişsiz hava şəraitinə görə İrəvana enməyə məcbur olub. Bütün sərnişinlər İrəvana buraxılsa da, S.Bayramovanın şəhərə getməsinə imkan verməyiblər.

“Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan”, - Samirə Bayramova sosial şəbəkə hesabında yazmışdı.

O, təyyarədə tənha oturmağa məcbur olduğunu əks etdirən görüntü də paylaşmışdı.

Tarix
2024.12.09 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla