Yuxarı

Astroloqların Qarabağ proqnozu – Müharibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Astroloqların Qarabağ proqnozu – Müharibə

Əslində müharibə edirik. Bu, iki xalqın, iki dövlətin üz-üzə durmasıdır və əlbəttə ki, xüsusi bir tələdir. Xalqımız öz iradəsindən asılı olmayaraq bu tələ-həngaməyə düşüb. Bu həngamədən çıxış yollarını isə ancaq ağıllı başlar həll etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış astroloq Firudin Qurbansoy Qarabağla bağlı proqnozları haqda Yeni Müsavat-a danışarkən deyib. Astroloq Qarabağın hansısa tarixdə azad olunacağı barədə proqnoz bildirənləri qınayıb:

"Ağıllı başların bir yerdə bir məcraya gəlməsi və dünyadan bizdən nə istədiklərini bilməyimiz və özümüzə az zərər verməklə bu oyunlardan çıxmağımızı planlaşdırmaqdır. Başqa bir şey yoxdur. Biz indi Şuşanı tutsaq da yuxarıdan gözlərini bərəldəcəklər ki, çıxın oradan və biz çıxacağıq. Çünki biz superdövlətlərlə vuruşmaq iqtidarında deyilik, bu məsələdə onların maraqları həll olunur. Burda da astroloqların hansısa söz deməyə yeri yoxdur. Əgər kimsə "Qarabağ filan ildə azad olunacaq" deyirsə, yalan deyir, ola bilməz. Ona görə də biz sadəcə olaraq xalqımızın mənafeyini düşünməliyik. Bu mənada bu məsələ astrologiyanın işi deyil".

Astroloq Səbuhi Rəhimli isə ilin ortasında proqnoz vermədiyini, lakin tez-tez cəbhə bölgəsinə gedərək ordakı situasiyaları öyrənməyə çalışdığını bildirdi:

"İlin əvvəlində proqnozlarımı demişdim. Proqnozumda daha uzun müddətli döyüş olacağını bildirmişdim. İlin ortasında situasiylara uyğun proqnozu dəyişmirəm. Çünki onu hesablamaq lazımdır. Ona görə özüm cəbhə bölgəsinə gedib, sosial şəbəkədə fotolar paylaşıram. Situasiyanı vətəndaş kimi öyrənməyə çalışıram. Hələ 2001-ci ildən demişəm ki, 2012-2020-ci illər arası məsələ həll olunacaq, üstünlük bizdə olmaqla".

Münaqişənin hərb, yoxsa sülh yolu ilə həll olunacağı ilə bağlı astroloq bu cür proqnoz bildirib: "Bunu yaşayırıq, görərik. Müharibəsiz qələbə mümkün deyil".

Tarix
2016.05.02 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla