Yuxarı

Ermənilər bunu etsə, Azərbaycan hücuma keçəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyətinin Qarabağın separatçı rejiminin müstəqilliyini tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaradacaq.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Siyasi şərhçi Ermənistan siyasi rəhbərliyinin bu vaxta qədər "Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı" sənədi səsverməyə çıxarmamasının səbəblərini açıb:

"Ermənistan hakimiyyəti anlayır ki, "Dağlıq Qarabağ"ın müstəqilliyini tanıyarsa, bu, Azərbaycanla danışıqların dayandırılması demək olacaq. Bu isə müharibəyə aparan yoldur. Ermənistan nəinki beynəlxalq aləmin, Rusiyanın dəstəyini də itirəcək. Azərbaycan isə BMT-də məsələ ilə bağlı səsvermə tələb edəcək və bütün dövlətlər yenidən onun ərazi bütövlüyünə səs verəcək".

Politoloqun sözlərinə görə, Ermənistanda bəziləri düşünür ki, İrəvan Qarabağın separatçı rejiminin müstəqilliyini tanıyarsa, başqa dövlətlər, o cümlədən, Rusiya da prosesə qoşula bilər:

"Rusiya Abxaziya və Cənubi Osetiyanı "tanınması" məsələsində uğur qazanmadı, Ermənistanın "Dağlıq Qarabağ"ın müstəqilliyini beynəlxalq aləmə tanıtdırması mümkün deyil. Bu siyasət Ermənistana problemlər yaradacaq. Çünki bu məsələ Azərbaycan Ordusunun hücuma keçməsi üçün şərait yaradacaq".

E.Şahinoğlu bildirib ki, 2-5 aprel döyüşləri Ermənistan cəmiyyətində Dağlıq Qarabağla bağlı 3 diametral yanaşma formalaşdırıb:

"Birincisi, Ermənistan "Dağlıq Qarabağ"ın müstəqilliyini tanımalı və müharibəyə hazırlaşmalıdır. İkincisi, Ermənistan özünü və "Dağlıq Qarabağ"ın təhlükəsizliyini qorumaq üçün işğal altındakı 5 rayonun boşaldılmasına razılıq verməlidir. Üçüncüsü, "Dağlıq Qarabağ" Ermənistan üçün böyük siyasi və iqtisadi yükdür. Azərbaycanla daimi müharibə vəziyyətində olmaq Dağlıq Qarabağla yanaşı, Ermənistanın da bir dövlət olaraq zəifləməsinə gətirib çıxaracaq".

Xatırladaq ki, Ermənistan parlamenti mayın 5-də Qarabağın separatçı rejiminin "müstəqilliyinin" tanınması haqda qanun layihəsini müzakirə edəcək.

Tarix
2016.05.03 / 16:03
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla