Yuxarı

Moskva İrəvana silah göndərməyə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya kredit razılaşmasına əsasında artıq Ermənistana silah göndərməyə başlayıb.

ANS-in məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Ermənistan rəhbərliyi aprelin 15-də Rusiyanın İrəvana 200 milyon dollar dəyərində hərbi məhsulların alınması üçün nəzərdə tutulan dövlət xətti ilə verilən ixrac kreditinin reallaşmasına dair layihəni təsdiq edib. Aprelin sonunda Ermənistan Müdafiə naziri Seyran Ohanyan razılaşmaların imzalanmasına dair işlərin getdiyini bildirmişdi.

Ötən il iyunun 26-da İrəvanda hökümətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollar kredit razılaşması imzalanıb. Bununla Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb.

Bundan əvvəl erməni mənbələri xəbər vermişdi ki, Ermənistan Rusiyadan "İsgəndər-M" raket komplekslərini almaq barədə razılıq əldə edib. Məlumata görə, komplekslər Rusiyanın Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində əldə ediləcək. Lakin sonra bu xəbərləri Ermənistan Müdafiə Nazirliyi təkzib etdi.

Tarix
2016.05.03 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla