Yuxarı

Sərkisyan torpaqları qaytarmağa hazırlaşır - Postancyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan torpaqları qaytarmağa hazırlaşır - Postancyan

Serj Sərkisyan Rusiyanın Dağlıq Qarabağla bağlı təklifləri əsasında yeddi rayonu qaytarmaq üçün ictimai rəyi bu istiqamətdə kökləyir. Ermine Naqdalyan da həmin bəyanatı təsadüfən səsləndirməyib.

Publika.az xəbər verir ki, bu barədə "İrs" partiyasından olan deputat Zarui Postancyan deyib.

Onun sözlərinə görə, Naqdalyan adi siyasətçi deyil: "O, AŞPA-da nümayəndə heyətinin sədridir, parlament sədrinin müavinidir. Onun Qarabağla bağlı bəyanatı da təsadüfi deyildi. Bu bəyanat Sərkisyanın sifarişi əsasında edilib. Sərkisyan özü də dəfələrlə bildirib ki, biz həmin ərazilərdə bilərəkdən məskən salmırıq. O, Madrid prinsipini və Kazan sənədini də qəbul edib. İndi Naqdalyanın dili ilə ictimai rəyi yoxlamaq istədi".

Z.Postancyan qeyd edib ki, Serj Sərkisyan artıq Rusiyanın təklifinə əsasən Dağlıq Qarabağ ətrafı rayonları qaytarmağa hazırdır: "Sadəcə olaraq ictimai rəyi buna kökləmək siyasəti aparılır. Bu proses yaxın gələcəkdə başa çatdırılacaq, daha sonra ərazilər boşaldılacaq".

Qeyd edək ki, E.Naqdalyan "Beynəlxalq hüquq bizə Qarabağ ətrafı ərazilərə nəzarət etmək haqqı vermir" deyə açıqlama vermişdi. Bundan sonra onun istefası verməsi ilə bağlı çağırışlar gündəmə gəldi.

Xatırladaq ki, bütün beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin 4 qətnaməsində ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ətrafındakı 7 rayondan öz qoşunlarını dərhal və qeyd-şərtsiz çıxarması barədə tələb əksini tapır.

Ermənistan isə Dağlıq Qarabağ ətrafındakı 7 rayondan siyasi məqsədləri üçün istifadə edir və danışıqlarda bu qaytarılma Azərbaycana "güzəşt" kimi vurğulanır. Halbuki Dağlıq Qarabağ ətrafındakı 7 rayon danışıqların predmeti ola bilməz və o ərazilər dərhal və qeyd-şərtsiz azad ediləndən sonra Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların başlaya biləcəyini Azərbaycan dəfələrlə bəyan edib.

Tarix
2016.05.03 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla