Yuxarı

“Bakı təmas xəttində çoxsaylı qüvvə yerləşdirib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı təmas xəttində çoxsaylı qüvvə yerləşdirib”

Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycanın təmas xəttinə çoxsaylı hərbi qüvvə və texnika cəmləşdirdiyi barədə bəyanatla çıxış edib.

Vitualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın bildirdiyinə görə, təmas xəttindəki situasiya aprelin əvvəlləri ilə müqayisə oluna bilməz. "Azərbaycan qoşunların təmas xəttinə aprelin əvvəllərində olduğundan daha çox qüvvə cəmləşdirib", - o deyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi düşmən ölkənin bu bəyanatına şərh verməyib. Nazirlik bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qoşunların yenidən dislokasiyasını həyata keçirməkdə sərbəstdir və bununla bağlı üçüncü tərəfə izahat verməyə borclu deyil.

Ermənistan hərbi-siyasi dairələri artıq neçənci gündür ki, Azərbaycanın təmas xəttinə çoxsaylı qüvvə cəmləşdirməsindən və Şuşanın işğalının ildönümü günü irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyindən bəhs edir. Lakin böyük ehtimalla bu cür informasiyaların verilməsi ictimai rəyin Ermənistan ordusunun Qarabağda itirdiyi mövqeləri geri ala bilmək üçün növbəti əks-həmləyə hazırlanmasına xidmət edir.

Yəqin ki, Ermənistan Azərbaycanın qoşunlaın təmas xəttinə çoxsaylı hərbi qüvvə cəmləşdirdiyi barədə bəyanatlar verməklə sonradan hərbi əməliyyatların yenidən başlamasına görə məsuliyyətdən yayınmaq üçün zəmin hazırlayır. Azərbaycan Prezidenti İlham Əliyev Ağdam və Tərtər rayonlarına səfəri zamanı bəyan edib ki, əgər düşmən yenidən aprelin əvvəlində olduğu kimi təxribata əl atsa, cavab eyni olacaq.

Tarix
2016.05.03 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla