Yuxarı

Rus ekspert: “İrəvan Qarabağın müstəqilliyini tanısa...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Yepifançev yazıb. Onun sözlərinə görə, İrəvan nə qədər güclü, təhdidedici bəyanatlar səsləndirsə də, Qarabağla bağlı heç bir qərar verməyəcək:

"Səbəb sadədir. Ermənistanın danışıqlar masasında mövqeləri aprel ayından sonra xeyli pisləşdi. Hətta 20 il ərzində İrəvan və Stepanakertin (Xankəndi – red.) xeyrinə işləyən paradiqmanın dağıldığını da deyə bilərik. Xalq və elita açıq-aşkar həyəcanlanıb, amma buna rəğmən, hər kəs fərqli davranış tərzi nümayiş etdirir. Elitanın bir hissəsi anlayır ki, ölkənin mövqeləri qəflətən zəifləyib, amma onlar nə edəcəklərini bilmirlər. Əsas xalq kütləsi isə bunu görməyib, ona sırınan illüziyalarla - Ermənistanın Dağlıq Qarabağ problemi ilə təkbaşına bacaracağına inamla yaşayır və buna uyğun olaraq təzyiq və təhdidi gücləndirir. Onlar anlamırlar ki, hazırkı şəraitdə bu təhdidlərin arxasında real güc yoxdur və onların reallaşdırılması özüylə daha çox bəla gətirəcək.

Bu cür əhval-ruhiyyə müəyyən mənada vəziyyəti anlayan elita üçün də sərfəlidir. Qeyri-müəyyənlik dövrü ona imkan verir ki, Bakıdan öncə Minsk Qrupunun iştirakçılarını təhdid etməyə və onlara Ermənistan tərəfindən Dağlıq Qarabağ məsələsində heç bir kompromisin olmayacağını göstərməyə çalışırlar. Bu onların əllərində saxladıqları yaxşı kozırdır, amma onun reallaşmasına imkan verməyəcəklər. Ona görə də tanınmaqla bağlı qaldırılan məsələni İrəvan dəstəkləyəcək, amma onun tanınmasına imkan verməyəcək. Reallıqda isə əminəm ki, vəziyyəti başa düşən elita hədələyici görünüş sərgiləməklə, özünün daxildən və xaricdən Dağlıq Qarabağla bağlı mövqelərində yeni məhdudiyyətlərin formalaşması üçün gərgin konsultasiyalar aparır. İrəvan danışıqların yeni raunduna hazırlaşır. Mənim fikrimcə isə, bu bir aydan gec olmayaraq başlayacaq.

Üstəlik, Ermənistan özünün daha bir problemlə necə davranacağını anlamalıdır. İrəvan getdikcə Ukraynaya bənzəyir və onun Kiyev kimi çətinlikləri yaranır. Xalqda Qarabağ məsələsində amansız mövqenin formalaşmasında elitanın özünün də rolu olub, amma indi situasiya onu güzəştlərə getməyə məcbur etsə, xalq bunu qəbul etməyəcək və onun özünü devirəcək".

Tarix
2016.05.04 / 11:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla