Yuxarı

Ermənistan buna məcbur olacaq - Txilava

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan buna məcbur olacaq - Txilava

Dağlıq Qarabağ müharibəsi 30 ilə yaxındır davam edir. Tərəflərdən biri sülh istəyir, digəri isə bunu, hətta danışıqları qəbul etmir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda fəaliyyət göstərən ART TV-nin direktoru, ssenarist-rejissor, professor Tengiz Txilava bildirib.

Gürcü rejissor ermənilərin hər sahədə uduzduğunu bildirib: "Şübhəm yoxdur ki, sadə ermənilər bu müharibəni istəmirlər. 1988-ci ildən başlayan müharibənin törətdiyi fəsadlara baxanda, Ermənistan heç nə qazanmayıb, əksinə uduzub. Çünki bu ölkə Cənubi Qafqazdan keçən ən böyük layihələrdən kənarda qalıb. İqtisadi cəhətdən inkişaf edən Azərbaycan isə Qərb dövlətləri ilə müxtəlif beynəlxalq layihələrlə bağlı sazişlər imzalayıb".

T.Txilava keçən ayın ilk günlərində cəbhədə atəşkəsin məhz Ermənistan tərəfindən pozulduğunu bildirib:

"Ermənilər qəbul etməlidirlər ki, Azərbaycan dövləti və onun ordusu 25 il əvvəlki ordu deyil. Azərbaycan getdikcə güclənir, beynəlxalq arenada güclü oyunçuya çevrilib".

Gürcü rejissor qeyd edib ki, Ermənistan silahlı qüvvələri işğal olunan Azərbaycan ərazilərindən çıxmalı, bu torpaqlar əsl sahibinə qaytarılmalıdır: "Onsuz da Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmağa məcbur olacaq. Ermənilərin bir dövləti var, o da Ermənistandır. Onlar Qarabağda dövlət yarada bilməzlər".

Tarix
2016.05.04 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla