Yuxarı

Professordan tiktokerlərin həbsinə reaksiya: Yolverilməzdir!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professordan tiktokerlərin həbsinə reaksiya: Yolverilməzdir!

İfadə azadlığı insanın fundamental hüquqlarından biridir. Hər bir şəxs qanuni yollarla istədiyi məlumatı əldə edə, onu işləyib yayımlaya, müxtəlif formalarda – sözlə, davranışla, hərəkətlə özünü ifadə edə bilər. Bu, insanın təməl haqqıdır. İnternetin mövcudluğu və sosial şəbəkələrin yaranması bu hüquqların həyata keçirilməsi üçün geniş imkanlar təqdim edir. Ancaq ifadə azadlığı heç bir halda başqalarının hüquqlarını pozmaq, əxlaqsızlığı təbliğ etmək, milli dəyərlərə qarşı səlib yürüşü keçirmək vasitəsinə çevrilməməlidir.

Bu sözləri Axar.az-a media eksperti, professor Qulu Məhərrəmli Azərbaycanda əxlaqsızlığı təbliğ edən bəzi tiktokerlərin saxlanması haqqında danışarkən deyib.

Onun sözlərinə görə, sosial platformalarda nalayiq ifadələrin işlənməsi, insan əxlaqına və insani dəyərlərə qarşı çağırışlar edilməsi yolverilməzdir:

“Bu günlərdə Tiktokla bağlı ciddi problemlər müzakirə edilir. Dünyanın bir çox ölkəsində bu platforma qadağan olunur. Bunun səbəbi həmin platformadan istifadə edərək milli dəyərlərə hücumlar, nalayiq ifadələr, söyüşlər və mövcud ictimai quruluşu zorla dəyişdirmək çağırışlarıdır. Belə görünür ki, bəzi ölkələr artıq bu platformanın necə təhlükəli olduğunu dərk edirlər və tədbirlər görürlər. Bir tərəfdən insan hüquqları və ifadə azadlığı önəmlidir, digər tərəfdən isə cəmiyyətin ümumi əxlaqı və insani dəyərləri qorunmalıdır. Azərbaycanda da Tiktokun bağlanması ilə bağlı çağırışlar var və bəzi hallarda bu çağırışlara haqq qazandırmamaq mümkün deyil”.

Professor qeyd edib ki, cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən hallar qanunla tənzimlənməlidir:

“Son zamanlarda Daxili İşlər Nazirliyinin xətti ilə Tiktok üzərindən qanun pozan şəxslərin həbsi həyata keçirilir. Hesab edirəm ki, bu cür halları törədən şəxslərə ciddi xəbərdarlıq edilməli və davranışlarını təkrarlamamaları üçün tədbirlər görülməlidir. Əgər platformada cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən hallar varsa, qanunvericiliyə uyğun olaraq səbəbkarlar cəzalandırılmalıdır”.

Tarix
2024.12.24 / 13:03
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla