Yuxarı

Yaponiya baş naziri Azərbaycana gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yaponiya üçün çox vacib bir ölkədir. Biz Azərbaycanı Yaponiyaya çox yaxın ölkə hesab edirik.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Yaponiyanın hakim Liberal Demokrat Partiyasının Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kazunori Tanaka bu gün jurnalistlərə bildirib.

O, qeyd edib ki, Azərbaycanla Yaponiya arasında əməkdaşlıq üçün geniş imkanlar var:

"Yaponiya indiyə qədər Azərbaycanla daha çox neft və energetika sahəsində əməkdaşlıq edib. Bundan sonra çox ümid edirəm ki, İT, elm, sənaye və digər sahələrdə Yaponiya və Azərbaycan arasında münasibətlər daha da dərinləşəcək".

K.Tanaka bildirib ki, Azərbaycan özəl şirkətlər üçün də cəlbedici bir ölkədir: "Ümid edirəm ki, iki ölkə arasında bu sahədə də münasibətlər inkişaf edəcək".

O, iki ölkənin parlamentləri arasında əməkdaşlığın bundan sonra dərinləşəcəyinə ümid etdiyini bildirib: "Biz istərdik ki, həm Azərbaycandan olan deputatlar Yaponiyaya tez-tez səfər etsin, həm də Yaponiya deputatlarının Azərbaycana səfərləri daha da artsın. Azərbaycanın bugünkü inkişafı bizi çox sevindirir. Ümid edirəm ki, çox yaxın müddətdə Yaponiyanın Baş naziri Sindzo Abe də Azərbaycana səfər edəcək".

K.Tanaka, həmçinin Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Yaponiya nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizdə səfərdədir.

Tarix
2016.05.05 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla