Yuxarı

Seçkilərlə bağlı maarifləndirmə aparılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərlə əlaqədar hazırlıq işlərini və maarifləndirmə tədbirlərini davam etdirir.

Axar.az MSK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı ilə birgə 2016-cı il mayın 7-də "Seçki hüquqlarının müdafiəsi" mövzusunda seminar keçirəcək.

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında baş tutacaq tədbirdə dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin iştirakı nəzərdə tutulur. Seminarda Mərkəzi Seçki Komissiyası və Ombudsman Aparatının nümayəndələri tərəfindən əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi olan seçki hüququnun pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında baxılmasına dair müxtəlif mövzularda çıxışlar ediləcək, təqdimatlar və müzakirələr aparılacaq, həmçinin iştirakçıları maraqlandıran suallara aydınlıq gətiriləcək.

Qeyd edək ki, seçki hüquqlarının müdafiəsinə həsr olunan tədbir Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilir.

Tarix
2016.05.06 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla