Yuxarı

Ermənilər 69 girovu pulla geri qaytarıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər 69 girovu pulla geri qaytarıb

Dağlıq Qarabağ münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşdüyü, əsir və girov götürüldüyü müəyyən olunub.

APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində" adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, 1435 nəfər Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub.

E.Səmədov qeyd edib ki, hazırda dövlət komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır: "Bunlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmayan uşaqlar olub".

E.Səmədov əlavə edib ki, Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları alver predmetinə çevrilib: "69 nəfər Azərbaycan vətəndaşı böyük miqdarda pul ödənilməklə əsir və girovluqdan azad edilib. Eyni zamanda, 107 nəfər əsirlikdə olarkən məxfi əməkdaşlığa cəlb olunub".

Tarix
2016.05.06 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla