Yuxarı

Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il gecəsi Kreml rəhbəri Vladimir Putinin Rusiya prezidenti vəzifəsində Boris Yeltsini əvəz etməsindən 25 il ötür. Bu uzun müddət ərzində o, demək olar ki, heç vaxt rəsmi olaraq heç nəyə görə üzr istəməyib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Nəşr qeyd edir ki, Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında faciəli insidentin – 38 nəfərin ölümü ilə nəticələnən Azərbaycan təyyarəsinin Rusiya hava məkanında qəzaya uğradığını etiraf edib.

Bildirilir ki, Putin Rusiyanın məsuliyyət daşıdığını boynuna almasa da, bunu etiraf etməyə yaxınlaşıb.

Materialda qeyd edilir ki, Rusiyanın instinktiv reaksiyası amerikalı ekspertlərin gəldiyi nəticəni təkzib etmək və təyyarə qəzasını quşlarla tiqquşma ilə əlaqələndirmək olub:

“Putin bu absurd yalanın Əliyevi inandırmayacağını bilib. Əliyev də Rusiya liderinə xarici fiziki və texniki müdaxilənin təyyarəni Xəzər dənizinin Qazaxıstan sahillərində eniş etməyə məcbur etdiyini söyləyib.

İndi Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın məsuliyyət daşımasını tələb edir. O, həm də Moskvanın qərb sərhədlərindən uzaqlaşdırmağa ümid etdiyi NATO müttəfiqi Türkiyə ilə sıx müttəfiqdir və bir neçə il əvvəl Moskvanın Qafqazdakı müttəfiqi Ermənistanı biabırçı şəkildə məğlubiyyətə uğratdı.

Putinin üzr istəməyə gücü çatır. Eyni zamanda o, fəlakətin günahını Ukrayna və onun pilotsuz təyyarələrinin üzərinə yıxmaq üçün “tam araşdırma” aparmağa çalışacaq”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Dekabrın 28-də Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə zəng edərək, hadisənin Rusiya hava məkanında baş verməsinə görə üzr istəyib. 29 dekabrda Putin yenidən Əliyevə zəng edərək, bu mövzuda müzakirəni davam etdirib.

Tarix
2024.12.31 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi

Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov

Riyakar rus təbliğatı bununla özünü ifşa edir

Qəza ilə bağlı ilkin hesabat üzə çıxartdı ki... – Türk ekspert

AŞ Putinə qarşı Xüsusi Tribunal yaradır

Daha 3 şəhidimiz dəfn olunacaq - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla