Yuxarı

Ermənistan sülhə məcbur edilməlidir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkəmizin qarşısında duran ən əsas maneə Ermənistan və onun siyasətidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat həmsədr ölkələrdən Qarabağ istiqamətində ciddi addım və təkliflər gözləmədiyini açıqlayıb:

"İndiyə qədər verilə bilən təkliflərin hamısı verilib. Ermənistan sülh istəmir və status-kvonu saxlamaqda israrlıdır. Hələ də həmsədr ölkələr və beynəlxalq təşkilatlar İrəvana qarşı BMT-nin qətnamələrinə dair tələb və sanksiyalar irəli sürmür. Bu, dünyada Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni lobbi təşkilatları və diasporunun işini asanlaşdırır. Azərbaycan səbir edir və tezliklə sülhün əldə edilməsini gözləyir. Bu, indiki məqamda olduqca önəmlidir. Çünki Azərbaycan çox böyük strateji layihələr həyata keçirir. Hazırda qarşımızda duran ən əsas maneə Ermənistan və onun siyasətidir. Azərbaycan bu maneəni hər an dəf edə bilər. Buna görə də dünya Ermənistanı sülhə məcbur etməkdə nəinki maraqlı olmalı, hətta tələsməlidir".

Tarix
2016.05.08 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla