Yuxarı

Araik məhkəmədə üzr istədi: bəs, “əmr verən” kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş və qondarma “dqr”in “prezidenti” vəzifəsini daşımış, hazırda hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyan Bakıda keçirilən ilk məhkəmə prosesində - 17 yanvarda öz təşəbbüsü ilə söz alaraq, Gəncə qətliamı haqda danışmışdı.

Bir daha vurğulayaq: Araik Arutyunyandan bunu dövlət ittihamçısı soruşmamışdı, bu, birbaşa özünün istəyi idi və görünür, “Azərbaycan xalqında onun haqqında yaranmış təsəvvürü” dəyişmək istəyirdi. Bu təsəvvürü də o özü – 44 günlük müharibədə video-müraciəti ilə şəxsən yaratmışdı.

A.Arutyunyan dedi ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı (video-müraciəti, həm də gülə-gülə) olub və buna görə təəssüflənir:

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.

Azərbaycan politoloqları, hüquqşünasları və mediası məhkəmə prosesindəki bu etirafla bağlı heç bir münasibət bildirmədi və prosesin gedişini izləməyə üstünlük verdi. Ancaq erməni mediası Araik Arutyunyanın bu etirafı üzərində “geniş araşdırmalar” və həmin dövrdə dərc edilən açıqlamaları əhatə edən - əlbəttə ki, Ermənistan MN-in məlumatlarını – yazılarla çıxış etməyə başlayıb. Əsas sual isə bu cür qoyulub: Arutyunyan kimin adını verəcək?

Bu sualın cavabı erməni mediasından daha çox Azərbaycan ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir: Müharibə zonasından 100 km kənarda, itkinin daha çox olması üçün gecə saatında Gəncənin yaşayış məhəlləsinə zərbə qərarını kim verib? Həm də bu zərbə qərarı bir dəfə olmayıb, dəfələrlə təkrarlanıb.

Erməni mediası həmin dövrdə Ermənistan MN-in açıqlamasını yenidən tirajlayıb, guya Gəncədə hərbi aerodromun vurulduğunu bildirib. Ancaq ermənilər özləri də hərbi aerodromun vurulduğunu təsdiqləyən foto və videoları Ermənistan MN-in niyə dərc etmədiyi sualına rəsmi cavab ala bilmədiklərini etiraf edirlər.

Əvəzində isə azərbaycanlıların da yaxşı tanıdığı, həmin dövrdə Ermənistan MN-ə sözçülük edən Artsrun Ovannisyanın “Azərbaycan öz mülki əhalisini qorumadığını göstərdi” kimi eybəcər cavabı, həmçinin Gəncənin vurulması ilə müharibə zonasının genişləndirilə biləcəyi haqda Nikol Paşinyanın “buna mən qərar vermirəm, “dqr rəhbərliyi” qərar verir və hər şey ola bilər” kimi absurd açıqlaması xatırladılır.

Ancaq bu “xatırlatmalar” sualın cavabı deyil. Gəncənin vurulması qərarı Araik Arutyunyanın deyilsə, bəs, kimindir?

Arutyunyan niyə belə bir açıqlama ilə çıxış edib, məsuliyyəti öz üzərinə götürdüyünü istintaqa ifadəsində dediyini bildirir. Ümid edirik ki, istintaqa verdiyi həmin ifadə proses boyunca – ola bilər ki, elə bugünkü prosesdə - elan edilsin.

Ancaq bütün hallarda hamı bu cavabı gözləyir: Gəncəyə, Bərdəyə, Tərtərə - hətta yas mərasiminə - zərbələr endirilməsi qərarlarını verən kimdir? Araik Arutyunyan kimin adını çəkib?

Tarix
2025.01.21 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Cövdət Yılmaza başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Davosda Cared Kohenlə görüşdü

Prezident Sultan Əhməd bin Sulaim ilə görüşdü

İlham Əliyev Davosda İraq prezidenti ilə görüşdü

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü

Anklavların müzakirəsində problem... - Simonyan

Lavrov erməni jurnalistin Bakı ilə bağlı sualına qəzəbləndi

Ağdamı vətən saymaqla səhv eləmişəm - Video

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla