Yuxarı

Moskvada Zəngəzur planı: İrəvan təklifləri rədd etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada Zəngəzur planı: İrəvan təklifləri rədd etdi

Yanvarın 21-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşdə bir sıra vacib məqamlara toxunulub. Bəzi məsələlərdə tərəflər arasında fikir ayrılıqları olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Respublika Naminə Partiyasının xarici işlər katibi, Baş nazir Nikol Paşinyanın adamlarına yaxınlığı ilə bilinən Arnold Bleyan deyib.

Bleyanın sözlərinə görə, Lavrov Moskvada İrəvanı Zəngəzurla təhdid edib:

“Məndə olan məlumata əsasən, görüşdə Rusiya tərəfinin Sünikdə (Zəngəzur – red.) konsulluq açması və ümumilikdə Ermənistandakı diplomatik nümayəndəliklərin genişləndirilməsi təklif olunub. Lakin Mirzoyan hər iki təklifə etiraz edib və bəyənmədiyini bildirib. İrəvan rəsmi şəkildə təklifləri rədd edib. Deyiblər ki, Zəngəzurun ruslaşması ermənilərə lazım deyil, orada nə qədər az rus olarsa, o qədər yaxşıdır. Lavrov isə bildirib ki, Zəngəzur Ermənistanın tərkibində qalmasa, bu, ölkənin sonu olacaq.

Rusiyanın adamları tez-tez ölkəmizdə 2020-ci ildə imzalanan üçtərəfli sazişin mətni, xüsusilə də dəhlizlə bağlı 9-cu bəndin icrasını tələb edən çıxışlar səsləndirirlər. Əgər Bakı ilkin şərt qoyubsa, biz də analoji addım atmalı və məsələni parlamentdə müzakirəyə çıxarmalıyıq”.

Tarix
2025.01.22 / 09:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla