Yuxarı

İran panikada: Bakı və İrəvandan zəmanət istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran panikada: Bakı və İrəvandan zəmanət istəyir

İran ABŞ-ın ona qarşı müharibəyə başlayacağı təqdirdə Ermənistan və Azərbaycan istiqamətindən ola biləcək təhdidlərdən özünü sığortalamağa çalışır.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Karen İgityan son günlərdə baş verən aktiv diplomatik hadisələri şərh edərkən deyib.

O qeyd edib ki, İran Cənubi Qafqaz regionunda və bütövlükdə Böyük Yaxın Şərqdə baş verən dəyişiklikləri anlayır:

“Və hər şeyi etməyə çalışır ki, bu dəyişikliklər onun maraqlarına toxunmasın. Tehranda Qərbin, xüsusən də ABŞ-ın başlaya biləcəyi böyük müharibə təhlükəsini ciddi şəkildə görürlər. İranın bütün regional fəaliyyəti isə özünü mümkün qədər qonşu ölkələrdən gələn təhlükələrdən sığortalamağa yönəlib”.

İgityanın sözlərinə görə, İran həm Ermənistandan, həm də Azərbaycandan müəyyən təhlükələr hiss edir:

“Tehran ehtiyat edir ki, həm İrəvan, həm də Bakı antiiran siyasətində və hərəkətlərində Qərbin əlində alətə çevrilə bilər. Təbii ki, erməni tərəfi iranlı tərəfdaşlarını sakitləşdirməyə və onları Ermənistandan təhdidlərin olmadığına inandırmağa çalışır. Kostanyan Tehrana rəsmi İrəvanın mesajı ilə gedib ki, ABŞ-la strateji tərəfdaşlıq sazişi heç bir halda İranın maraqlarına qarşı deyil. Danışıqlardan sonra verilən rəsmi açıqlamalarda tərəflərin bir-birinin xarici siyasət prioritetlərinə hörmətlə yanaşdıqları qeyd edilib. Ermənistan hakimiyyəti İranı inandırmağa çalışıb ki, onların Qərbə meyil etməsi Tehranı təhdid etmir”.

Qeyd edək ki, yanvarın əvvəlində İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya, daha sonra isə İrəvana rəsmi səfər edib. Daha sonra Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Tehrana səfər edib. Bundan sonra Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də İrana səfər edib.

Tarix
2025.01.24 / 14:12
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla