Yuxarı

Erməni canisi Ağdərəyə gəldiyi an Tərtərə mərmilər atıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni canisi Ağdərəyə gəldiyi an Tərtərə mərmilər atıldı

Qarabağ separatçılarının lideri Bako Saakyan mayın 13-də Ağdərə rayonunun Madagiz qəsəbəsində olub.

Musavat.com xəbər verir ki, baş separatçı yerli sakinlərlə görüşüb, onların vəziyyəti ilə tanış olub, mövcud problemlərin həlli yollarını müzakirə edib.

Qeyd edək ki, 2-5 aprel döyüşlərindən sonra təmas xəttinə yaxın ərazilərdə yaşayan ermənilər yaşayış yerini tərk edib və geri qayıtmağa cürət etmirlər. Buna görə də separatçılar onları geri qaytarmağa çalışırlar. Ancaq B.Saakyanla bağlı xəbərin həqiqiliyi şübhə doğurur. Belə ki, mayın 11-də qondarma "DQR hökuməti"nin "baş naziri" Ara Arutünyan Ağdərədə bir qrup erməni sakinlə görüşündə hərbi əməliyyatlar zamanı köçənləri evlərinə geri qayıtmağa çağırmışdı. Lakin o, "mən Talış və Madagiz istisna olmaqla, bütün kənd icmalarının üzvlərini öz evlərinə geri qayıtmağa çağırıram", - demişdi.

Bu mənada onun mülki əhalini Azərbaycan əsgərinin mövqelərinə yaxın ərazidə yerləşən kəndə qayıtmağa çağırdığı inandırıcı görünmür.

Çox güman ki, oyuncaq "prezident" cəbhədə yaşanan gərginliklər səbəbindən təmas xəttinə gəlib. Elə onun səfəri ilə eyni vaxtda ermənilərin məhz eyni istiqamətdən Tərtərin mülki əhalisini top atəşinə tutması da təsadüfə bənzəmir.

Tarix
2016.05.14 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla