Yuxarı

Ermənilər "tanınma oyununa" davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər "tanınma oyununa" davam edir

Mayın 16-da qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinin xarici əlaqələr komissiyasında müzakirə olunacaq.

APA-nın xəbərinə görə, bu barədə "Panorama.am" saytına komissiyanın sədri Artak Zakaryan bildirib.

"Komissiyanın qanun layihəsinə verəcəyi rəy parlamentə təqdim olunacaq", - deyə Zakaryan bildirib.

Reqlamentə əsasən, qanun layihəsi parlamentə daxil olduqdan sonra o, parlamentin dördgünlük iclaslarının gündəliyi layihəsinə daxil edilir. Reqlament parlamentə üç qərardan birini qəbul etməyə icazə verir: gündəliyə daxil etmək, imtina etmək və təxirə salmaq.

Qeyd edək ki, Ermənistan hökuməti mayın 5-də "DQR"-in tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib.

Layihənin mayın 10-da parlamentdə müzakirəsi isə təxirə salındı. Rusiyanın da bu məsələyə sərt reaksiyasından sonra Ermənistan XİN müxalif deputatın təqdim etdiyi layihənin parlament tərəfindən qəbulu demək olmadığını açıqlamışdı.

16 mayda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənildiyi halda bu addım növbəti təxribat kimi qiymətləndirilə bilər. Belə ki, "DQR" tanınması Azərbaycana hərbi yolla ərazisini qaytarmaqdan başqa variant qoymur.

Tarix
2016.05.14 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla