Yuxarı

Əliyev-Sərkisyan görüşü: müzakirə edilən məsələ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev-Sərkisyan görüşü: müzakirə edilən məsələ

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında Vyanada keçiriləcək görüşdə cəbhədə atışmaların istiqamətini müəyyən etmək üçün ekspertlərin göndərilməsi məsələsi də müzakirə ediləcək. 


Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Haykakan Jamanak" qəzeti yayıb. Nəşr diplomatik mənbələrə əsasən bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı təmas xəttində baş verən atışmaların müəyyən edilməsi üçün bəzi addımların atılmasını təklif edib. Fransa cəbhə bölgələrinə ekspertlərin göndərilməsinin sülhə də töhfə verəcəyini bildirib. Bu ekspertlərin 3 həmsədr ölkədən olması məsələsi də müzakirə mövzusudur. 


Təklif edilən məsələnin Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan və Fransa Senatının Avropa işləri üzrə komissarı Can Bizet arasında keçirilən görüşdə də müzakirə edildiyi bilirilib. Vyanada keçirilməsi gözlənilən Əliyev-Sərkisyan görüşündə də bu məsələnin əsas müzakirə mövzusu olacağı istisna edilmir.


Qeyd edək ki, bəzi politoloqlar prezidentlərin 16 may tarixində Vyanada nəzərdə tutulan görüşündə Azərbaycan tərəfinin Ermənistan ordusunun işğal etdiyi torpaqlardan çəkilməsi məsələsini qaldıracağını bildirir. 


Prezident İlham Əliyev də formal görüşlərdən imtina etdiyini artıq bəyan edib.

Tarix
2016.05.14 / 23:14
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla