Yuxarı

Türk mediası Paylanın Bakı əleyhinə bəyanatını tənqid etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mediası Xalqların Demokratiya Partiyasından (HDP) olan erməniəsilli millət vəkili Qaro Paylanın Azərbaycan əleyhinə bəyanatlarını tənqid edib.

Axar.az xəbər verir ki, “Yeni Akit” qəzeti “Hələ bu adam Türkiyənin çörəyini də yeyir” sərlövhəli məqaləsində deputatın Ermənistanın “3-5 il ərzində” Azərbaycana qarşı yeni təcavüzə hazırlaşması ilə bağlı sözlərinə diqqət çəkib.

Nəşr Qaro Paylanın Ermənistanın Baş naziri Nikol Paşinyanla fotoşəklini paylaşıb, həmçinin onun erməni mətbuatına müsahibəsindən parçalara istinadla deputatın digərləri ilə yanaşı, İrəvanı “ABŞ və Fransanın güclü dəstəyini almağa” çağırdığını da qeyd edib.

Məşhur xəbər resursu “Haber7” də Türkiyə millət vəkilinin qalmaqallı müsahibəsini oxuculara çatdırıb.

Portal həmçinin Qaro Paylanın mediada sözlərinin təhrif edilməsini əsas gətirərək, Azərbaycana qarşı hücumlarını ört-basdır etməyə tələsdiyi müsahibədən sonra sosial şəbəkədəki paylaşımına da istinad edib.

Tarix
2025.02.01 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

Ermənistan daha iki tələbimizi yerinə yetirməlidir

Putin-Tramp görüşü Bakıda olacaq? - Ekspert

Zirəddin Ukrayna danışıqları ilə bağlı proqnoz yaydı

Sülh mətni hazırdır: saziş nə vaxt imzalana bilər?

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Uitkoff Moskvadan Bakıya gəlib? - Sensasion səbəb

Müqavilə mətnində bu barədə bənd yoxdur - Mirzoyan

Sülh sazişi bu ölkədə imzalana bilər - Zülfüqarov

Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla