Yuxarı

Azərbaycan 20 il ərzində hazırlaşdı, biz isə... - Bozinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan 20 il ərzində hazırlaşdı, biz isə... - Bozinyan

Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş "Sasun" dəstəsinin keçmiş üzvü Arşavir Bozinyan cəbhədə baş verən son döyüş toqquşmalarında Azərbaycanın üstünlük əldə etdiyini etiraf edib.

APA xəbər verir ki, o, bu barədə "hraparak.am"a danışıb. O, Azərbaycan kəşfiyyatının yaxşı işlədiyini xüsusi qeyd edib: "Azərbaycan kəşfiyyatı yaxşı çalışıb. Onlar bizim hazır olduğumuzu, yaxşı silahlandığımızı bilsəydilər, belə addım atmazdılar. 20 il ərzində düşmən silahlandı, hazırlaşdı, bizdə isə talanla məşğul oldular. Azərbaycanın silahlandığı barədə dəfələrlə deyilib. Atəşkəs olsa da, müharibə başa çatmayıb. Hər an müharibəyə hazır olmaq lazımdı".

O, aprelin əvvəllərində erməni tərəfinin 18 post itirməsinə də münasibət bildirib: "Bu gün hər postda 4-5 əsgər dayanır. Postlarımızda daha çox əsgər dayanmalıdır. Ötən illər ərzində çoxları Ermənistanı tərk edib, doğuşların sayı azalıb. Bizim həm də kifayət qədər texnikamız yoxdur. Müqavimət göstərməyə hazır olmalıyıq. Ordu güclənməli, sonra dövlətlər danışıqlar masasına oturmalıdır. Əsgər silah haqqında düşünməli deyil. Hərbi təlimlər keçirilməlidir ki, insanlar müharibəyə gözü bağlı getməsinlər. Hərbçi yeni silahlar barədə məlumatlı olmalıdır. Biz əsgərin həyatını qiymətləndirməliyik".

A.Bozinyan 1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşması haqqında da danışıb: "Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını həmin vaxt tələb etməliydik".

Tarix
2016.05.16 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla