Yuxarı

Ermənilər 21 hərbi mövqe itirdiklərini açıqladılar - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər 21 hərbi mövqe itirdiklərini açıqladılar - Video

Ermənistan parlamentinin mayın 16-da keçirilən iclasında Qarabağın separatçı rejiminin "tanınması" qanun layihəsinin gündəliyə daxil edilməsinə yalnız "Daşnaksutyun" və "İrs" fraksiyalarından olan deputatlar səs veriblər.

Azadlıq Radiosu xəbər verir ki, hakim Respublikaçılar Partiyası, Ermənistan Milli Konqresi və "Orinats yerkir" fraksiyaları ümumiyyətlə səsvermədə iştirak etməyiblər.

Bu məsələ həmin gün parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında da gərgin müzakirələrə səbəb olub. Ancaq komissiya bu qanun layihəsi ilə bağlı müsbət rəy verməyib.

Komissiyanın yalnız bir üzvü qanun layihəsinə müsbət rəy verilməsinin leyhinə, bir deputat da əleyhinə səs verib. Komissiyanın digər üzvləri ümumiyyətlə səsvermədə iştirak etməyiblər.

Bu arada Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan "Ani" ermənişünaslıq mərkəzinin Dördgünlük müharibə zamanı erməni ordusunun Dağlıq Qarabağda itirdiyi ərazilər barədə yaydığı məlumatı şərh edib. O deyib ki, bu məlumatlarda bəzi terminlər dəqiqləşdirilməlidir.

O qeyd edib ki, müharibə vəziyyətində bu səviyyəli mövqe dəyişiklikləri barədə şərh verməyi düzgün saymır, çünki bu, əməliyyatları "ciddi təhlükə altına ala bilər".

"Ani" mərkəzinin verdiyi məlumata görə, cənub istiqamətində, Lələtəpə yüksəkliyi ərazisində erməni tərəfi 7 hərbi mövqe itirib. Şimal istiqamətində isə "14 hərbi mövqe var ki, onlar 1-2 aprel tarixinə qədər erməni qüvvələrinin əlində olub".

Tarix
2016.05.17 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla