Yuxarı

Azərbaycanda Navahı AES niyə tikilmədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Navahı AES niyə tikilmədi?

1980-ci illərin əvvəllərində SSRİ Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikilməsinə qərar verilir.

Axar.az-ın məlumatına görə, yer üçün Hacıqabulun Navahı qəsəbəsi seçilir.

Navahı AES-lə bərabər, SSRİ-nin bir neçə bölgəsində də eyni vaxtda nüvə reaktorunun tikilməsi planlaşdırılır.

Atom Elektrik Stansiyasının layihəsi işlənir və hətta reaktor blokunun özülü də qoyulur, işlərə başlanılır.

Lakin sonradan vəziyyət dəyişir. 26 aprel 1986-cı ildə Çernobıl AES-də güclü nüvə partlayışı baş verir. Hadisə zamanı 7000-ə yaxın insan həlak olur.

Baş verən dəhşətli fəlakətdən sonra SSRİ rəhbərliyində qorxu yaranır və Azərbaycanda AES-in inşası dayandırılır. Növbəti illərdə isə SSRİ "Yenidənqurma" dövrünü yaşayır. Maddi çətinliklər özünü açıq şəkildə İttifaq daxilində büruzə verir. 1991-ci ildə SSRİ-nin dağılması ilə Navahı AES-in tikilməsi məsələsi sona çatır.

Qeyd edək ki, bu gün bir çox ölkə AES-dən elektrik enerjisi almaq üçün istifadə edir. Atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınan enerjidən dəfələrlə ucuz başa gəlir.

Tarix
2016.05.17 / 09:28
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla