Yuxarı

İTV-nin canlı yayımına haker hücumu oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV-nin canlı yayımına haker hücumu oldu - Foto

İTV-nin rəsmi saytına və canlı yayımına haker hücumu olub. Bu anlarda İTV-nin rəsmi saytına daxil olduqda fərqli mənzərə görsənir. Burada hansısa xarici bir saytın məlumatları yerləşdirilib.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, dövlətin rəsmi informasiya resurslarından biri olan kanalın hücuma məruz qalması informasiya təhlükəsizliyi sahəsində ciddi boşluqların olduğunun nümunəsidir:

“Güman etmək olar ki, kiber hücum edənlər saytın boşluqlarından və zəif qorunmasından istifadə ediblər. İTV yetərincə baxımlı kanaldır, faydalı kontent istehsal edir. Bu cür ictimai, milli informasiya resursu belə asanlıqla ələ keçirilməli deyil.

İki gün öncə kibertəhlükəsizliklə bağlı, bütün maraqlı tərəflərin, o cümlədən elə TV-lərin də nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda həm də canlı yayımın kiber müdaxilələrdən qorunması müzakirə predmeti olmuşdur. Bu sektorda ciddi boşluqların ola biləcəyi vurğulanmışdır.

Əvvəllər də bu haqda qeyd etmişdim. Hazırda AzTV-dən başqa digər yayımçılarda rəsmi saytları, canlı yayımla bağlı vəziyyət təhlükəsizlik tələblərinə yetərincə cavab vermir. Xatırlayıram ki, o zaman İTV bu qeyd etdiklərimə münasibət açıqlayarkən hər şeyin yüksək vəziyyətdə olduğunu bildirmişdi”.

O bildirib ki, bu həm də yayıma kənar müdaxilə riskidir:

“İndi təsəvvür edin ki, Prezident çıxış edir canlı yayımda və rəsmi sayt da sıradan çıxarılır və yayıma ayrı bir kontent təqdim edilir. Hansı ki, bu tip çıxışların vaxtı da adətən öncədən bilinir. İTV bu cür hadisələrin təkrarlanmaması üçün İT infrastrukturu dərhal gücləndirilməli, bura resurslar ayırmalı, təhlükəsizlik sistemləri yenilənməli və kibermonitorinq aparmalı, kiber audit təşkil etdirməlidir.

Dövlət informasiya resurslarının bu qədər zəif qorunması qəbuledilməzdir və təcili tədbirlər görülməlidir”.

Tarix
2025.02.08 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla