Yuxarı

Sərkisyana bir ay vaxt verilib - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyana bir ay vaxt verilib - Politoloq

Maraqlı bir mərhələdir. Azərbaycan tərəfinin bəyanatlar verməyə meyilli olmaması onu deməyə əsas verir ki, əsas iş ermənilərlə aparılır. Bu baxımdan danışıqların davam etdirilməsi qərara alınıb və bir aydan sonra danışıqlar prosesi davam edəcək. Fikrimcə, bu müddət Ermənistana verilib ki, öz daxilində ictimai rəyi hansısa qərarlara hazırlasın.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib. Təcrübəli diplomat bildirib ki, danışıqlar prosesini ciddi izləyən şəxslər başa düşəcək ki, kamera və digər bu kimi addımlarla məsələ həll edilməyəcək:

"Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin səylərinin əsas istiqaməti ona yönəlib ki, işğal edilən ərazilər geri qaytarılsın, məcburi köçkünlər öz doğma evlərinə qayıtsın, ölkənin ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın məqsədlərini hamı başa düşür. Prezident Sərkisiyanın Vyanadan qayıdarkən gülməli bəyanat verməsi də diqqətdən yayınmamalıdır. Şübhəsiz ki, Sərkisiyanın təmas xəttində kameraların və digər cihazların yerləşdirilməsi ilə hərbi məsələlərin həll ediləcəyi bəyanatı çox gülməlidir. Mən bir daha o fikrimə qayıdıram ki, vaxt Sərkisiyana verilib ki, öz ictimaiyyətini və ya Ermənistan rəhbəliyini hansısa yeni qərarlara hazırlasın".

Tarix
2016.05.19 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla