Yuxarı

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, dərman vasitələrinin Azərbaycan dilində istifadə təlimatı olmadan satışı cərimələnəcək.

Axar.az xəbər verir ki, əgər dərman vasitəsinin Azərbaycan dilində istifadə təlimatı qablaşdırmanın içərisində və ya yanında olmazsa və istehlakçının tələbi əsasında aptek tərəfindən çap edilərək təqdim edilməzsə, həmin aptekə cərimə tətbiq olunacaq. Bu halda aptek təşkilatları 50 manat məbləğində cərimə ediləcək.

Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə isə 200 manat məbləğində cərimə edilir.

Yeni qaydalar istehlakçı hüquqlarını qorumaq və vətəndaşların dərmanlardan düzgün istifadə etməsini təmin etmək məqsədi daşıyır.

Tarix
2025.02.17 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla