Yuxarı

Sərkisyana torpaqların qaytarılması diktə edilib - KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyana torpaqların qaytarılması diktə edilib - KİV

Avrasiya Hökumətlərarası Komissiyasının iclasında iştirak etmək üçün mayın 20-də İrəvana səfər edən Rusiyanın Baş naziri Dmitri Medvedyev Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsini də müzakirə edib.

Publika.az xəbər verir ki, Ermənistanın "1in.am" saytı Medvedyevin Sərkisyanla qapalı görüşdə Rusiyanın Qarabağ planını yenidən müzakirə etdiyini yazıb.

"Medvedyev apelin 7-də İrəvana gələrkən, özü ilə bu planı gətirmişdi. Bir gün sonra o, Bakıya yola düşdü. Bu səfərlər ərəfəsində Qarabağla bağlı "Lavrov planı"nın olduğuna dair iddialar ortaya çıxdı. Aprelin 22-də Lavrov İrəvana gələrkən bu planın mövcudluğunu təkzib etməyə çalışdılar. Lakin Vyana görüşündən sonra Medvedyevin yenidən İrəvana gəlişi və Sərkisyanla köhnə müzakirələri davam etdirməsi ehtimal etməyə imkan verir ki, Rusiya baş naziri bir ay əvvəl təklif etdiyi Qarabağ planını yenidən özü ilə gətirmişdi. Pərdəarxası proseslərin necə davam etdiyini deyə bilmərik, lakin Rusiya baş nazirinin bəyanatları Moskvanın Qarabağla bağlı təkliflərini davam etdirdiyini göstərir. Lavrov da Vyana görüşündən dərhal sonra açıqladı ki, Moskva tərəflər arasında güzəştləri axtarmağa davam edəcək. Əgər nizama salınmanın variantları müzakirə edilirsə, belə çıxır ki, İrəvan həqiqətən də Rusiya ilə danışıqlar aparır və daha sonra Rusiya bu məsələləri Bakı ilə müzakirə edəcək", - deyə sayt qeyd edib.

Rusiya KİV-nin yazdığına görə, Kremlin Qarabağ planı belədir: işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ən azı 5-i qaytarılır, iki rayonun qaytarılması prosesi sonraya saxıanılır, Laçın dəhlizi müvəqqəti olaraq qalır, Dağlıq Qarabağın statusu üzərində danışıqlar aparılır, bölgədə beynəlxalq sülhməramlılar yerləşdirilir.

Tarix
2016.05.21 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla