Yuxarı

Psixoloq: “Şagirdin müəlliməsi ilə evlənməsi...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, insanların öyrəşmiş olduğu düşüncə tərzinə yad olduğu üçün qıcıq yaratdı.

Axar.az xəbər verir ki, bu sözləri psixoloq Elnur Rüstəmov Biləcəri qəsəbəsində baş verən olay - 32 yaşlı müəllimənin 18 yaşlı şagirdi ilə ailə qurması və bunun ictimaiyyətdə doğurduğu reaksiya barədə danışarkən deyib. Onun sözlərinə görə, olaya normal yanaşanlar da az deyil:

"İnsanların bir qisminin mənfi reaksiyasının səbəbi sözügedən hadisənin müəllimin reputasiyasına vurulan zərbə kimi qiymətləndirilməsidir. Digər bir tərəfdən bizim adət-ənənə sistemimiz mövcuddur ki, insanların öyrəşmiş olduğu bu düşüncə tərzinə yad bir addım atılanda qıcıq yaradır. Bu, öyrəşilən düşüncə tərzinə müdaxilə kimi qiymətləndirilir. Tərəflər bir-birinə aşiq olub evlənibsə, bunun başqalarına heç bir aidiyyəti yoxdur.

Hətta dinimiz də bunu normal qarşılayır. Məhəmməd peyğəmbərin özünün evləndiyi ilk qadın ondan yaşca xeyli böyük idi. Burda qəbahət bir şey yoxdur.

Sadəcə olaraq, bizim cəmiyyət ailə quran tərəflərdən oğlanın yaşca daha böyük olması faktına öyrəşib. Bu, zaman keçdikcə onlar arasında balansın yaranması ilə bağlıdır".

Psixoloq yeni ailə quran gənclərə xoşbəxtlik arzulayıb və bunun əxlaqa zidd olmadığını, tam yetkinlik yaşına çatmış gənclər arasında qanunvericiliyə uyğun nikah bağlandığını bildirib.

Qeyd edək ki, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin ingilis dili müəlliməsi, 32 yaşlı Əminə müəllimənin həmin məktəbin şagirdi olmuş 18 yaşlı Cəlil bəyə qoşulub qaçması və ötən gün özlərinə toy çaldırmaları gündəmdədir.

Tarix
2016.05.25 / 12:21
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla