Yuxarı

Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni işğalçı qüvvələri Ağdamda salama qalmış yeganə tikilini-tarixi məscidi hərbi qərargaha çevirib.

Virtualaz.org xəbər verir ki, bu haqda Naviny.by Belarus saytının müxbirinin işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.

Jurnalist Xankəndindən taksi ilə Ağdama tərəf gələndə yolda çoxlu sayda hərbi texnika və əsgərlərlə dolu maşınla rastlaşdığını yazır. Əsgərlər taksidə kimin getdiyinə baxmaq istəyirlər, ancaq Qarabağda hətta sınıq-salxaq maşınların belə şüşələrinə qara plyonka çəkilib. Bu səbədən maşında kimin getdiyini görmək elə də asan deyil. Eləcə də jurnalist maşından ətrafa baxıb harada olduğunu müəyyən edə bilmir, Ağdama çatdıqlarını ancaq dağılmış yollardan başa düşür.

"Müharibəyə qədər Ağdamda 30 minə qədər azərbaycanlı yaşayırdı, indi bir nəfər də qalmayıb. Ağdam bazarı hər yerdə məşhur idi. Ermənilər xatırlayır ki, orada cinsdən tutmuş silaha qədər hər şey satırdılar"-jurnalist yazır.

Reportajda deyilir ki, ermənilər 1993-cü ildə şəhəri işğal edəndən sonra tamamilə talayıblar və məhv ediblər.

"Şəhərdə salamat qalmış yeganə tikili məsciddir. Əvvəllər Qarabağ gələn xarici turistlər məscidin minarəsinə çıxıb şəhərin xarabalıqlarını çəkə bilirdi. İndi aprel döyüşlərindən sonra məscidə yaxın getmək mümkün deyil. Orada hərbi qərargah təşkil edilib"-belaruslu jurnalist yazır.

Tarix
2016.05.25 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla