Yuxarı

“Heç vaxt indiki qədər güclü olmamışıq” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.

Report xəbər ki, bunu "Buta" sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı çıxışında bildirib.

"Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və müstəqillik, inkişaf yolu ilə bundan sonra da gedəcəyik. Bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram", - dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan sovetlər birliyinin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil, neft sahəsində müəyyən irəliləyişlər olub.

Dövlət başçısı ulu öndər Heydər Əliyev birinci dəfə respublikada rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb.

Müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edən Prezident İlham Əliyev ümummilli liderin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu, azərbaycançılıq ideologiyasının bərqərar olduğunu vurğulayıb.

"2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyevin yolu ilə gedir"- deyən dövlət başçısı xalqımızın bir amal ətrafında birləşdiyini, Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyasının təmin edildiyini, beynəlxalq nüfuzumuzun artdığını, qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini bildirib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda quruculuq prosesi davam etdiriləcək, bundan sonra da ölkədəki sabitlik və təhlükəsizlik təmin olunacaq.

Xalq-iqtidar birliyinin möhkəmləndiyini, demokratiyanın inkişaf etdiyini, bütün azadlıqların təmin olunduğunu vurğulayan dövlət başçısı deyib ki, ölkəmizə münasibətdə müşahidə olunan ikili standartlara son qoyulmalıdır.

Bu il Azərbaycanda "Multikulturalizm ili"nin elan edildiyini, indiki şəraitdə bunun dünyaya bir mesaj olduğunu deyən prezident onu da qeyd edib ki, xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunur.

Tarix
2016.05.27 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla