Yuxarı

Qarabağın həllinə parlament dəstəyi artırılmalıdır - ATƏT

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın gələcək perspektivləri, regional məsələlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyət, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada münaqişə ilə bağlı yüksək səviyyəli görüşü haqqında məlumat verən nazir E.Məmmədyarov güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı. O əlavə etdi ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.

Kristian Vigenin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə parlament dəstəyinin artırılmasının vacibliyini vurğuladı.

Görüşdə, həmçinin ATƏT PA və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları və ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2016.05.27 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla