Yuxarı

Kann və Qəbələ arasında xartiya imzalanacaq - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Kann şəhərinin meri Devid Lisnardın rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər edib.

Axar.az xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətində nümayəndə heyəti ilə görüş olub. Burada fransalı qonaqlarla rayonun tarixi, tarixi-mədəni abidələri, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən layihələr və müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilib.

Kann şəhərinin meri Devid Lisnard qonaqpərvərliyə görə təşəkürünü bildirərək, paytaxt Bakı ilə yanaşı, regionlarda da sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Görüşdə Fransanın Kann şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri arasında imzalanması nəzərdə tutulan "Birgə əməkdaşlıq xartiyası" barədə söhbət açılıb.

Fransalı qonaqlar Heydər Əliyev Konqres Mərkəzi, Qəbələ Mədəniyyət Mərkəzi, Nic qəsəbəsindəki "Çotari" Udi-Alban kilsəsi ilə tanış olublar. Bölgənin turizm infrastrukturu ilə yaxından maraqlanan nümayəndə heyəti Qəbələdən xoş təəssüratlarla ayrılıb.

Tarix
2016.05.31 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla