Yuxarı

Millət vəkilindən MM-də Türkiyə çağırışı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilindən MM-də Türkiyə çağırışı

Millət vəkili Qənirə Paşayeva bu gün MM-in iclasında iyunun 2-də Almaniya parlamentində qondarma erməni soyqırımı ilə bağlı nəzərdə tutulan müzakirə və səsvermə barədə çıxış edərək ona etirazını bildirib və MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya Bundestaqına, Almaniya parlamentində fəaliyyət göstərən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupuna bunun doğru olmamasını özündə əks etdirən etiraz müraciətinin göndərilməsini təklif edib.

Q.Paşayeva deyib ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən verilən müraciətdə Almaniya parlamentinin qondarma erməni soyqırımı yalanlarını müzakirəyə və səsverməyə çıxarmaqla bu yalanları dəstəkləməsinin böyük təəssüf və narahatlıq doğurduğu əksini tapmalıdır: "Eyni zamanda vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə böyük zərbədir və Almaniya parlamentinin üzvləri qondarma erməni soyqırımı yalanlarını dəstəkləməməlidir. Mən təklif edirəm ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri almaniyalı həmkarlarına müraciət edərək bu prosesin qarşısını almağa çalışsınlar. Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT Minsk Qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqında qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vuracaq. Və ona görə də belə bir qərarın qəbul olunmasının qarşısı alınmalıdır."

Tarix
2016.06.01 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla