Yuxarı

ABŞ rəsmisi Bakıda sülhdən danışdı: Tramp gözləyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ rəsmisi Bakıda sülhdən danışdı: Tramp gözləyir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun gözlənilən sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq:

"İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibətilə təbrik edim. Prezident Tramp onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Möhkəm sülh münaqişələr zəncirini qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq.

Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk".

Tarix
2025.04.04 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla