Yuxarı

Yıldırım: "Əliyev türk xalqının qəlbində taxt qurdu"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur" deməyin vaxtı çatıb:

"ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb".

Yıldırım Azərbaycana bu dəfə baş nazir kimi səfər etməkdən qürur duyduğunu deyib.

Türkiyənin baş naziri bildirib ki, parlamentdə hökumət etimad aldıqdan sonra Şimali Kiprə, daha sonra Azərbaycana səfər edib:

"Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipinə əsaslanır. Bu münasibətlər böyük inkişaf yolu keçib. Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan prezidentin Türkiyəyə səfər etməklə türk xalqının qəlbində taxt qurdu, böyük yer tutdu".

Tarix
2016.06.03 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla