Yuxarı

Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi - Səbəb

Bakının tələbi ilə Tiflisdə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov həbsdən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə “Nyus-Georgia” Sadıqovun maraqlarını təmsil edən Sosial Ədalət Mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, Gürcüstan qanunvericiliyinə əsasən, ekstradasiya məqsədilə məhbusluğun maksimum saxlanma müddəti 9 aydır. Ə.Sadıqov üçün bu müddət 3 may 2025-ci ildə başa çatacaqdı. Buna görə də Gürcüstan prokurorluğu həbs qətimkan tədbirini əvəz etmək tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Ötən gün Tiflis Şəhər Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək, Sadıqova verilən esktradasiya məhbusluğunu girovla əvəz edib. Məhkəmə Ə.Sadıqova 5 000 lari (təxminən 3,094 manat) miqdarında girov qətimkan tədbiri barədə qərar çıxarıb, lakin onun məhkəmə prosesi davam edəcək.

Qeyd edək ki, Azel.tv xəbər saytının baş redaktoru Ə.Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan tərəfindən axtarışa verilib. Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçüb.

Tarix
2025.04.17 / 13:53
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla