Yuxarı

Zemlinski: "Azərbaycan naminə hər şeyə hazırıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlılarının IV qurultayı, Prezident İlham Əliyevın tədbirin açılış mərasimindəki tarixi nitqi bütün dünyada yaşayan azərbaycanlıları vahid məqsəd ətrafında daha sıx birləşdirəcək.

Bu sözləri Azərtac-a müsahibəsində "Viktoriya" Avstraliya Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti xanım Tatyana Zemlinski deyib.

Dünya azərbaycanlılarının növbəti toplantısının böyük əhəmiyyətə malik olduğunu vurğulayan T.Zemlinski bildirib ki, diaspor quruculuğu sahəsində son illər Avstraliyada da mühüm uğurlar qazanılıb. Azərbaycan səfirliyinin Avstraliyada 2013-cü ildə açıldığını xatırladan Assosiasiya prezidenti vurğulayıb ki, məhz səfirliyin apardığı məqsədyönlü iş sayəsində Yaşıl qitədəki Azərbaycan diasporu mütəşəkkil bir qüvvəyə çevrilib:

"Bu gün Avstraliyada yaşayan azərbaycanlılar ümumi amallar naminə sıx birləşiblər. Diasporumuz, o cümlədən Avstraliyada yaşayan azərbaycanlıların diaspor təşkilatları Azərbaycanın haqq səsinin eşidilməsində, bu ölkə ilə bağlı həqiqətlərin yayılmasında fəal çalışır. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin tarixi nitqi bütün diaspor təşkilatları üçün əsl istiqamətverici əhəmiyyətə malikdir. Diaspor təşkilatlarımız qarşısında duran vəzifələri müəyyən etməklə yanaşı, Prezidentin nitqi gənc Azərbaycanın artıq qüdrətli dövlətə çevrildiyini bir daha təsdiq etdi".

Rəhbərlik etdiyi təşkilat barədə məumat verən T.Zemlinski burada əslən Azərbaycandan olan bir çox xalqların nümayəndələrinin vahid ideya ətrafında sıx birləşdiyini deyib. "Milliyətindən və dini etiqadından asılı olmayaraq, biz hamımız özümüzü əsl azərbaycanlı sayırıq və Azərbaycan uğrunda hər şeyə hazırıq", - o vurğulayıb.

İyunun 11-də Melbrunda Assosiasiyaya məxsus "Azərbaycan evi"nin açılış mərasiminin keçiriləcəyini bildirən təşkilatın sədri Avstraliyada yaşayan bütün azərbaycanlların həmin günü səbirsizliklə gözlədiyini bildirib. Bildirib ki, bu ev hamımız üçün əziz olan Azərbaycanın uzaq Avstraliyada doğma guşəsinə çevriləcək.

Azərbaycanın böyük beynəlxlaq tədbirlərin, musiqi və idman yarışlarının keçirildiyi mərkəzə çevrildiyini qürurla qeyd edən T.Zemlinski Formula-1 Avropa Qran-prisini izləmək üçün ailəliklə Bakıya səfərə hazırlaşdıqlarını da söyləyib:

"Biz fəxr edirik ki, özünün inkişafı ilə dünya şəhərlərini kölgədə qoyan Bakı beynəlxalq yarışların yüksək səviyyədə təşkili ilə də öndə gedir".

Tarix
2016.06.05 / 15:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla