Yuxarı

Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Binyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Səfərin ayın 11-dək davam edəcəyi gözlənilir. Eyni zamanda mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a açıqlamasında onların Bakıda görüşünün mümkün olduğunu bildirib.

"Ərdoğan və Netanyahunun görüşü istisna olunmur. Güman ki, geniş müzakirələr olacaq. İsrail üçün Türkiyənin mövqeyi çox vacibdir. Ələlxüsus ona görə ki, artıq İsrail və İran arasında ciddi toqquşma ehtimalı çox yüksəkdir. Ona görə İsrail istər-istəməz Türkiyə ilə bu və ya digər şəkildə məsələləri həll etməlidir", - o vurğulayıb.

Qeyd edək ki, “Tayms of İsrail” də Netanyahunun Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün gözlənildiyini yazıb.

Tarix
2025.04.30 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla