Yuxarı

Yeniyetmə bu “stili” ilə “məni sevin” deyirsə… - Psixoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeniyetmə bu “stili” ilə “məni sevin” deyirsə… - Psixoloq

Məktəblilər arasında kriminal hadisələrin artmasına səbəb sosial şəbəkələrdən həddindən artıq istifadədir.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.

Psixoloq bildirib ki, bir çox halda sosial şəbəkələrdə yanlış düşüncə tərzi gənclərin təfəkkürünə mənfi təsir göstərir:

“Hansısa bir şiddət hadisəsi olanda bəziləri bu hadisəyə “yaxşı oldu”, “haqq idi” və s. kimi şərhlər yazırlar. Məsələn, yeniyetmə anasını öldürür və həmin xəbərə şərh yazırlar ki, yaxşı edir, xəyanətin cəzası ölüm olmalıdır və s. Nəticə olaraq, bu şərhləri oxuyan gənc, hələ ictimai təfəkkürü formalaşmamış yeniyetmə düşünür ki, insanları bu cür “cəzalandırmaq” olar, hətta cəmiyyət dəstək də verir. Nəticə etibarilə sosial şəbəkədəki yanlış fikir, yorum bəzilərinin düşüncəsini və həyatını alt-üst edir. Halbuki heç kəsin kimisə döyməyə, şiddət göstərməyə və öldürməyə haqqı yoxdur.

Yeniyetmələr arasında tez-tez kütləvi dava olur. Hətta uşaqlardan biri digərini təhqir edir, bəzən bir uşağa qarşı basqı təşkil edilir. Bu da ailədən gələn şiddətin təsiridir. Çünki uşaq ailədə gördüyü şiddəti cəmiyyətə gətirir. Ona görə də şiddət olan ailələrdə boşanma vacibdir ki, gələcəkdə cəmiyyət üçün təhlükəli fərdlər yetişməsin”.

Psixoloqin fikrincə, məktəblərdə telefon istifadəsi qadağan olunmalı, valideynlər özladlarına nəzarəti gücləndirməlidir:

“Hazırda valideynlər çalışır ki, işləyib, övladına telefon alsın. Ancaq uşağın maddi ehtiyacını ödəmək onun qayğısına qalmaq demək deyil. Övlad valideyn sevgisini duymalı, söz eşitməlidir.

Yeniyetmələr fərqli saç və geyim stili ilə diqqət çəkməyə çalışır. Uşaqlar bu yolla “məni görün, məni sevin” demək istəyir. Valideynlər övladına yetəri qədər sevgi versə, bu halların sayı azalar”.

Tarix
2025.05.17 / 12:24
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla