Yuxarı

Özbəkistan TÜRKSOY-a üzv qəbul edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan TÜRKSOY-a üzv qəbul edildi

TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Özbəkistanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna (TÜRKSOY) qoşulması ilə bağlı qərar qəbul edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, bu da mədəni əlaqələrin gücləndirilməsi və Avrasiya dünyasının zəngin və rəngarəng irsinin qorunması, təşviqi və inkişaf etdirilməsi istiqamətində mühüm addımdır:

"Eyni zamanda TDT Xarici İşlər Nazirləri Şurası Budapeştdəki nümayəndəliyinin icraçı direktoru vəzifəsinə təyinatla bağlı qərarı da təsdiqləyib. Bu nümayəndəlik Avropa tərəfdaşlarımızla əməkdaşlığın, koordinasiyanın və əlaqələrin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Daha sonra dövlət başçıları Əfqanıstanla bağlı bəyanatı təsdiqlədilər. Bu da Türk Dövlətləri Təşkilatının Əfqanıstandakı dəyişən vəziyyətlə bağlı vahid mövqeyini və əlaqələndirilmiş yanaşmasını əks etdirir. Biz regional sülhə, sabitliyə və humanitar dəstəyə töhfə vermək öhdəliyimizi bir daha təsdiqləyirik”.

Tarix
2025.05.21 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla