Yuxarı

Konsulumuz İstanbul valisi ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konsulumuz İstanbul valisi ilə görüşdü

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev İstanbul valisi Vasif Şahin ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə məlumat Baş Konsulluqdan verilib.

İstanbul Valiliyində keçirilən görüşdə Baş konsul Hacıyev 7 iyunda baş vermiş terror hadisəsinə görə vali Şahinə başsağlığı diləyib. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi "Bir millət, iki dövlət" düsturu əsasında inkişaf etdiyini xatırladan Məsim Hacıyev iki ölkə arasındakı əlaqələrin hərtərəfli şəkildə dərinləşməsində İstanbul bölgəsinin önəmini vurğulayıb. Baş konsul Hacıyev, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Vəzifəyə başlaması münasibəti ilə Baş konsul Məsim Hacıyevi təbrik edən vali Vasif Şahin səmərəli işi sayəsində iki qardaş ölkə arasındakı əlaqələrin dərinləşdirilməsi istiqamətində münasibətlərin inkişafına töhfələr verəcəyini əminliklə bildirib. Vali Şahin Azərbaycan və Türkiyə arasındakı münasibətlərin önəminə diqqəti cəlb edərək, son aylarda Türkiyədə baş vermiş terror hadisələrindən sonra prezident Əliyevin Ankaraya səfər etməsinin türk cəmiyyəti tərəfindən heç vaxt unudulmayacağını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə XİN-in təcrübəli diplomatlarından olan Məsim Abdulla oğlu Hacıyev aprel ayında Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu vəzifəsinə təyin edilib.

Tarix
2016.06.15 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla