Yuxarı

Prezident Laçın sakinləri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Laçın sakinləri ilə görüşdü - Foto

14:07

Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.

Axar.az xəbər verir ki, dövlət başçısını salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük.

Prezident İlham Əliyev: Salam, necəsiniz?

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?

Sakin: Bəli, birinci gələnlərdənik.

Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?

Prezident İlham Əliyev: Olar, çəkdirək.

Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.

Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.

Sakin: Bəli, bəli.

Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?

Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.

Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.

Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.

Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa.

Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya.

Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır?

Sakin: Bəli, əladır, çox gözəldir.

Prezident İlham Əliyev: Həyətyanı sahə var?

Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm.

Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.

Tarix
2025.05.27 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla