Yuxarı

Komitə sədri həmməruzəçiləri qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

Kimitədən Axar.az-a verilən məlumata görə, Stefan Şennak Avropa Şurası ilə Azərbaycan arasında mövcud əməkdaşlığa toxunaraq bu əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Mübariz Qurbanlı ölkəmizdəki dini durum barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dini etiqad azadlığı təminat altındadır:

"Azərbaycanda dini durum sabitdir, müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Bu gün Azərbaycanda 13 kilsə (pravoslav, Alban-Udin və katolik), 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir, hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, bu gün də Bakıda qorunub saxlanılan erməni kilsəsi mövcuddur".

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin katibi Delfin Freyman, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç, DQDK-nın rəsmi şəxsləri iştirak ediblər.

Tarix
2016.06.16 / 15:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla