Yuxarı

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana keçən ermənilər geri qaytarıldı

12:25

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Kaliber” erməni KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Teğ (Dığ – red.) icmasının sakinləri – Karen Armenoviç Cangiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.

Bəyanatda qeyd olunub ki, azyaşlıların yerinin müəyyənləşdirilməsi və onların geri qaytarılması üçün bütün zəruri tədbirlər görülür.

***

Ermənistan tərəfindən iki nəfərin azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

***

Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.

Bu barədə Ermənistanın Zəngəzur vilayətinin Dığ kənd icmasının rəhbəri David Qulunts məlumat verib.

Tarix
2025.06.06 / 22:25
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla