Yuxarı

Prezident: “Bədxahlar nə qədər çalışsalar da…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: “Bədxahlar nə qədər çalışsalar da…”

İndiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir. Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində bu barədə danışarkən deyib ki, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. "Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir. Getdikcə Azərbaycanı dünyada daha da çox tanıyırlar. Tanıdıqca da görürlər ki, bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət aparan, bütün azadlıqları, bütün dinlərin birgə yaşamasını təmin edən bir ölkə var. Ona görə, əlbəttə ki, bizim təcrübəmiz öyrənilir. Bizi istəyən, dəstəkləyən ölkələr, qüvvələr bizi daha da dəstəkləyirlər, bizi istəməyənlər daha da məyus olurlar. Çünki bədxahlar, antiazərbaycan qüvvələr nə qədər çalışsalar da bizim siyasətimizə, iradəmizə, uğurlu inkişafımıza təsir edə bilməyiblər" - deyə dövlətimizin başçısı vurğulayıb.

Tarix
2016.06.19 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla