Yuxarı

Zaxarova erməni jurnalisti biabır etdi: Bu, artıq küfrdür!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu məsələdə biz azərbaycanlı həmkarlarımızla işləyirik, sizi buna əmin edə bilərəm.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistin guya Azərbaycanın Qarabağda tarixi, eləcə də Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidələri dağıtması ilə bağlı sualını cavablandırarkən deyib.

“Eyni zamanda mən bir sual vermək istərdim: başqa ölkələrdə sökülən abidələr sizi maraqlandırmır? Bu barədə sizdən heç vaxt material görməmişəm, eşitməmişəm. Heç vaxt bizim, o cümlədən erməni əsilli sovet əsgərlərinin xatirəsinin müdafiəsinə kütləvi şəkildə dəstəyinizi görməmişəm. Biz həmişə onların xatirəsini qorumaq üçün hər şeyi edirik, onları təhqirdən qorumağa çalışırıq. Bəs niyə bu məsələlər sizdə heç vaxt sual vermək istəyi doğurmur? Bu mövzuda hansı birgə səylər mövcuddur? Görün, nələr baş verib. Bəs Ukraynada? Orada Qırmızı orduda erməni əsilli əsgərlər yox idi? O zaman cəsədlər ekshumasiya edilirdi, abidələr dağıdılırdı. Amma sizdən nə sual gördüm, nə də bu mövzuya maraq. Niyə belədir? Xahiş edirəm, belə etməyin. Biz çox gözəl başa düşürük ki, siz bu mövzunu niyə və hansı kontekstdə qaldırırsınız. Sizdən rica edirəm, bunu etməyin. Bu sualları mütəmadi şəkildə vermək artıq bir növ küfrə çevrilir. Əgər növbəti dəfə abidələr mövzusunda danışmaq istəsəniz, gəlin bir müsahibə edək, mən sizə hər şeyi danışım.

Qızıl ordu nümayəndələrinin – sizin həmyerlilərinizin xatirəsi Avropa Birliyi ölkələrində təhqir olunur. Haradadır sizin reaksiyanız? Haradadır bu abidələri müdafiə etmək istəyiniz? Onları yalnız bizim ölkə bütün mümkün yollarla qoruyur. Bu mövzu ümumiyyətlə sizin informasiya məkanınızda yoxdur.

Bu artıq həddi aşır, bu artıq təhqir səviyyəsindədir. Niyə, o cümlədən erməni döyüşçülərinə aid olan abidələrin sökülməsi sizin ölkənizdə ictimai maraq doğurmur?”, – Zaxarova əlavə edib.

Tarix
2025.06.11 / 16:28
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

Sonsuz qardaşlıq - IV təlimindən yeni görüntülər - Video

Nuri Paşanı yad edirəm, Azərbaycana salamlar... - Ərdoğan

Əli Əsədov Su Hui ilə görüşdü

Qafqazda artıq sülh dövrü başlayıb - Prezident

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - Birgə məlumat

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla