Yuxarı

Uşaq bağçaları başqa adla fəaliyyət göstərir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq bağçaları başqa adla fəaliyyət göstərir - Deputat

Təqdirə layiq haldır ki, bu gün Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində ciddi addımlar atır. Lakin bu istiqamətdə bir sıra əngəllər var. Heç kimə sirr deyil ki, Bakı şəhərində və eləcə də respublikamızın ayrı-ayrı bölgələrində yüzlərlə, körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Lakin onların böyük bir qisminin xüsusi razılıq-lisenziyası olmadığı üçün onlar müxtəlif adlar altında (məsələn, tədris mərkəzi, təhsil mərkəzi, kurs və s.) faktiki olaraq körpələr evi-uşaq bağçasının funksiyasını həyata keçirirlər.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev bildirib.

"Bu, orada təhsil və təlim-tərbiyə alan minlərlə uşağın məktəbəqədəri bitirməsini özündə əks etdirən real statistikaya daxil olmaması deməkdir. Bu növ fəaliyyəti Elm və Təhsil Nazirliyinin körpələr evi - uşaq bağçası kimi lisenziyalaşdırmasına isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı imkan vermir. Həmin qərarda nəzərdə tutulan "Məktəbəqədər təhsil müəssisələrinin tikintisi’’nə dair olan hissəsinə yenidən baxılmasını vacib hesab edirik", - deputat qeyd edib.

Tarix
2025.06.11 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...

Liderlər İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

İsrail prezidenti İlham Əliyevə zəng etdi

Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi

Prezident və xanımı Xankəndidə Zəfər parkında - Fotolar

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla